top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 05 - Dödlətçilik təcrübəsi (dt)

TRANSLİTERASİYA MƏSƏLƏSİNƏ DAİR

LALƏ CƏFƏRLİ

Mənbə: "Məşvərət", N8-9, 1997


Tez-tez belə bir mənzərənin şahidi oluruq: hər hansı əcnəbi ilə ünsiyyətdə olarkən soydaşlarımız rus dilində danışmağa təşəbbüs göstərir, əcnəbinin azərbaycanca danışdığını gördükdə isə onunla Anadolu türkcəsində danışmağa çalışırlar. İnana bilmirik ki, məhz bizimlə danışmaq üçün kimsə bizim dilimizi öyrənə bilər. İnana bilmirik ki, "ayrılıqda" bizlər də maraq kəsb edə bilərik.

Çox təəssüf ki, bütün bunların kökü dərindir. Bunlar o köklərdir ki, bizləri Azərbaycan haqqında "respublika" ("respublika ictimaiyyəti", "respublika yığma komandası") terminini işlətməyə vadar edir. Təsəvvür edə bilərikmi ki, Fransada, yaxud İranda özləri haqqında bu cür danışarlar? Axı onlar da bizim kimi respublikadır. Soruşulsa ki, niyə biz belə hərəkət edirik, çavab yəqin ki, bu cür olacaq - düşünmədən.

Yəqin bunun səbəbi ondadır ki, biz "respublika" məfhumuna sovet dövründən beynimizə hopdurulmuş spesefik bir anlayış aid edirik. Biz hələ də özümüzü ayrıca götürülmüş, müstəqil dövlət əvəzinə, daha böyük, daha vacib mövcudatın bir hissəsi kimi təsəvvür edirik. Yəqin elə bu səbəbdəndir ki, Rusiya özü haqqında danışanda "ölkə" deyir və çox güman ki, Rusiyaya belə deməyə həmin dərin köklər imkan verir. Həmin köklər ona xariç anlayışını "yaxın" və "uzaq xaricə bölməyə imkan verir, bizi isə fikirləşmədən, tez bu terminologiyanı qəbul etməyə vadar edir.

Bu, siyasi, sosial və eyni dərəcədə psixoloji hadisədir. Biz özümüzü yenidən əyrənəcək, inkişaf xəstəliklər mərhələsini də keçəcək və özümüzün ayrılıqda bir ölkə odduğumuz fikrinə alışacağıq. Özümüz haqqında imperiyanın tərkib hissəsi kimi düşünən zaman işə düşmüş psixoloji mexanizmlər sınacaq və şüurlardan silinib gedəcəkdir.

Lakin bu inkişaf xəstəliyinin mövcud olmaqda davam edən başqa təzahürləri də var ki, bunlar az adamları düşündürür, biz onlara əhəmiyyət vermədikcə daha da dərinləşir.

Səhbət bizim adların, soyadların, coğrafi adların latın qrafikası istifadə edən ölkələrin - ingilis, alman, fransız, çex, polyak kimi dillərə necə çevrilməsindən -transliterasiyadan gedir. Biz kiril əlifbasından istifadə edərkən bu adların yazılışındakı dolaşıqlıqlara bəraət vermək bəlkə də mümkün idi; bu adları müvafiq dillərə transliterasiya etmək fonetik prinsiplərə əsaslanırdı. Nəticədə eyni bir ad ingiliscə bir cür, fransızca başqa cür (yeri gəlmişkən, beynəlxalq razılaşmaya əsasən diplomatik sənədləşmədə fransız variantından istifadə olunur) yazılırdı.

Ancaq elə o zamanlarda da bizim "aşağılıq komplekslər" əzünü biruzə verirdi: əksəriyyətimiz o zaman xüsusi adlarımızın Azərbaycanca yox, rusca səslənməsini transliterasiyada əsas götürürdük. Məsələn, Həsənov familiyası ingilisgə Gasanov kimi verilirdi, halbuki ingilis dilində "h" hərfi olduqu üçün onu Hasanov kimi yazmaq olardı. Çox da uzaq olmayan sovet dövründə bu məsələ o qədər də aktual deyildi. Belə ki, birbaşa əlaqələr yox idi və adlarının xarici dillərdə yazılma zərurətində "bəxti" gətirmiş Azərbaycanlılar bunu şəxsi vətənpərvərliyinə, milli əzünüdərk və filoloji şüurlarına müvafiq olaraq fərdi qaydada əzləri həll edirdilər.

İndi, şükür ki, biz latın qrafnkasına keçmişik və yəqin ki, latın qrafikasından nstifadə edən bütün dillərdə olduqu kimi, hər şey mümkün qədər sadələşməlidir. Həmin dillərdə xüsusi adlar latın qrafikası istifadə edilən dillərə transliterasiya edilərkən imkan daxilində yazılışda heç bir dəyişiklik edilmir. "İmkan daxilində" o deməkdir ki, bütün əlavə işaralər (əlavə işarələrlə hərfaltı və hərfüstü diakritik işarələr aiddir), məsələn, bizim dildə ğ, ç, ş, ö, ü ispan dilində ñ, fransız dilində è é, polyak dilində ŧ hərfləri əlifbanın şrift və uyquilaşdırılma imkanlarına müvafiq olaraq saxlanıla və ya götürülə bilər (sadəçə olaraq bunun nə dərəcədə vacib olduğunu nəzərə alıb hərəkət etmək lazımdır).

Yeri gəlmişkən, yeni velosiped icad etmək lazım deynl, öz xüsusi isimlərini başqa dillərdə dəyişdirilmədən yazan Türkiyənin təcrübəsindən nstifadə etmək olar (latın qrafikalı başqa dillərdəki xüsusi isimlər də türk dilinə dəyişdirilmədən transliterasiya olunur). Xarici dillərdə oxuya bilən hər kəsə bu prinsiplər yaxşı tanışdır. Məsələn, həm fransız, həm ingilis, həm alman qəzetlərində " Çiller" türk imzasına uyğunlaşdırılaraq "Ciller" yazılır, halbuki bu dillərin heç birində "s" hərfi "ç" səsini vermir. Eləcə də dünyanın latın qrafikalı bütün dillərində Don Kixot ispan dilində olduğu kim Don Xihote yazılır. Həmin dillərdə Anna Manyani "Anna Magnani", Jak Şirak isə "Yasgue Chirac" kimi yazılır, halbuki sonuncu söz ingilis dilində bu yazılışla " Cakve Çirak oxunmalıdır. Lakin heç bir ingilis onu bu cür tələffüz etmir. Beynəlxalq qaydalara görə, bu, oxucunun öz problemidir və verilən ismin necə tələffüz olunmasını bilməlidir. Soruşuram: bəs nəyə görə Karacç öz "doğma" orfoqrafiyasında olduğu kimi "Karadzic" qalır, ancaq bizim Hacıbəyov i"Gadjibekov" olur?! Niyə bizim Məmmədov "Mamedov", Cəfər isə gah "Djafar", gah da "Jafar" kimi yazılır?! Bilmək istəyirəm ki, niyə Mexico bütün dünya dillərində əksini beləcə tapır, ancaq bizim Gəncə isə gah "Gyandzha", gah "Ganja", gah "Gandja" ... kimi stərilir.

Bütün dünyanın "informasiya magistralları" ilə çulğaşdığı bir dövrdə bu məsələnin indi daha böyük təcrübi əhəmiyyəti var. Bilgisayar və internet sistemləri ilə işləyənlər bizdə bu sahədə mövcud olan müxtəlif cür oxunuşların yaratdığı maneə və rahatsızlıqlarla yüz dəfələrlə qarşılaşırlar. Məsələn, hər hansı soyadla bağlı informasiya almaq üçün həmin soyadın yazılışının bütün variantlarını təqdim etmək lazım gəlir. Buna isə xeyli vaxt gedir və eyni zamanda bütün variantların təqdim edildiyinə əminlik olmur. Eyni bir adam və ya eyni soyad muxtəlif cür yazılışı ucbatından siyahıya bir neçə dəfə daxil edilə bilər. Eyni hadisə coğrafi adlarla bağlı da baş verir.

Mənə elə gəlir ki, Azərbaycan Standartlaşdırma və Metrologiya Mərkəzi bu dolaşıqlığa - Azərbaycan dilinə və orfoqrafiyasına olan hörmətsizliyə son qoymalı, Azərbaycanın xüsusi isimlərinin latın qrafikası istifadə edilən başqa dillərə transliterasiyası qaydalarını standartlaşdırmalıdır. Beynəlxalq Standartlaşdırma Təşkilatının transliterasiya yarımkomitəsində bu standartlaşdırma məsələsinə Azərbaycanın mövqeyini öyrənməyə can atan bu yazının müəllifinə bəlli olub ki, ölkəmizin nümayəndələri üzv olmaq üçün 1995-ci ildə bu təşkilata müraciət ediblər. Lakin o vaxtdan bəri bizim tərəfimizdən bu istiqamətdə heç bir iş görülməyib. Bununla belə, bu təşkilat standartlaşdırma üzrə beynəlxalq forumlarda iştirak edir. Məsələn, 12-23 yanvar 1998-çi ildə Nyu-York şəhərində BMT-nin çoğrafi adların standartlaşdırılması üzrə konfransı keçirildi. Yəni doğrudanmı bu iş bizə lazım deyil? Axı indiyə qədər bütün beynəlxalq sənədlərdə "Nagorno Karabakh" termini işlənir. Halbuki o nə orfoqrafik, nə də leksik qaydada əzünün əsk deyilişini əks etdirir.

... Azərbaycan öz milli, o sıradan xarici pasportlarını buraxmağa hazırlaşır. Görəsən, həmin sənədlərdə mənim soyadım necə olacaq: Djafarly, Jafarly, Jafarli, Ceferli, yoxsa Cafarli?

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft